Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmə bilər

İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmə bilər

İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyə hazırlaşır.

BrendSport.az
xəbər verir ki, İtaliya Futbol Federasiyası (FIGC) çempionatın oyunlarını 11 şəhərdə - Roma, Milan, Neapol, Turin, Verona, Genuya, Bolonya, Florensiya, Kalyari, Bari və Palermoda təşkil etməyi nəzərdə tutur. Bu şəhərlər təkcə idman aktuallığını artırmaq üçün deyil, həm də burada mövcud olan böyük mədəni irsi tanıtmaq məqsədilə seçilib. Seçilən 11 stadionun rəsmi siyahısı aprelin 12-dək UEFA-ya təqdim ediləcək.
FIGC-nin prezidenti Qabriele Qravina ciddi və etibarlı dosye üzərində işlədiklərini bildirib.
İtaliya 2032-ci ildəki Avropa çempionatına ev sahibliyi etmək uğrunda mübarizədə Türkiyəni əsas rəqib hesab edir.
Xatırladaq ki, 1968-ci və 1980-ci illərdə Avropa çempionatları İtaliyada keçirilib.


Facebook-da paylaş

Xəbəri paylaş