Faydalı saytlar


Reklam



Futbol üzrə İtaliya çempionatının 2021-2022-ci il mövsümünün təqvimi açıqlanıb

Futbol üzrə İtaliya çempionatının 2021-2022-ci il mövsümünün təqvimi açıqlanıb


Futbol üzrə İtaliya çempionatının 2021-2022-ci il mövsümünün başlayacağı tarix açıqlanıb.
BrendSport.az İtaliya Futbol Federasiyasının rəsmi səhifəsinə istinadla xəbər verir ki, yeni mövsüm avqustun 20-də start götürəcək. Çempionata 2022-ci il mayın 22-də yekun vurulması nəzərdə tutulub.
Təqvimə əsasən birinci turun mərkəzi qarşılaşması sentyabrın 18-də “Yuventus” və “Milan” komandaları arasında oynanılacaq. Yeni mövsümün 9-cu turunda (23-24 oktyabr) “İnter” və “Yuventus” arasında prinsipial oyun baş tutacaq. Milan derbisi (“Milan” – “İnter”) isə noyabrın 7-də təşkil olunacaq.
Birinci turun ilk oyunları aşağıdakılardır:
“Bolonya” – “Salernitana”;
“Kalyari” – “Spezia”;
“Empoli” – “Latsio”;
“Hellas Verona” – “Sassuolo”;
“İnter” – “Cenoa”;
“Napoli” – “Venesiya”;
“Roma” – “Fiorentina”;
“Sampdoriya” – “Milan”;
“Torino” – “Atalanta”;
“Udineze” – Yuventus”.


Facebook-da paylaş