Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdo üzrə milli komanda üçün yeni qaydalarla bağlı seminara başlanılıb

Cüdo üzrə milli komanda üçün yeni qaydalarla bağlı seminara başlanılıb

Azərbaycan Cüdo Federasiyası (ACF) Bakı Olimpiya Stadionunda yerləşən "Neftçi" İdman Klubunun təlim-məşq mərkəzində Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2022-2024 Olimpiya dövrü üçün elan etdiyi yeni qaydalar haqqında seminara başlayıb.
BrendSport.az
saytı xəbər verir ki, beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzenin keçdiyi seminarın ilk günündə böyüklərdən ibarət yığma komanda, hakimlər, məşqçilər iştirak ediblər.
Seminarda tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ölkədaxili yarışlarda bu ilin mart ayından yeni qaydaların tətbiqinə başlanacaq. Təlimdə, həmçinin bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Qeyd edək ki, yanvarın 25-də - seminarın ikinci günündə “Atilla” və “Cüdo 2012” idman klublarının təlim-məşq mərkəzlərində keçiriləcək seminara qadınlardan və yeniyetmələrdən ibarət yığma komandalar, onların məşqçiləri və hakimlər heyəti, eləcə də, müxtəlif klub, idman cəmiyyətləri, təşkilatların məşqçiləri də qatılacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş