Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Olimpiya çempionu Elnur Məmmədli: Cüdoçularımız tez bir zamanda yeni qaydalara uyğunlaşmalıdırlar

Olimpiya çempionu Elnur Məmmədli: Cüdoçularımız tez bir zamanda yeni qaydalara uyğunlaşmalıdırlar

Cüdo qaydalarında dəyişikliklər tətbiq olunub və artıq yeni qaydalar üzərində işləməyə başlamışıq. Bununla bağlı seminar keçirilir. Seminarda yığma komandalarımız, məşqçi və hakimlər iştirak edirlər. Federasiya idmançıları dəyişikliklərlə tanış etmək məqsədilə beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzeni Bakıya dəvət edib.
BrendSport.az
saytı xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli jurnalistlərə müsahibəsində deyib.
Olimpiya çempionu tez bir zamanda yeni qaydalara uyğunlaşmanın vacibliyini vurğulayıb: “Bu dəyişikliklər dünyanın bütün cüdoçuları üçün nəzərdə tutulub. Şübhəsiz, kim bu qaydaları tam mənimsəyəcəksə, heç bir problem yaranmayacaq. Bunun üçün hər bir idmançı bütün səylərini toplamalıdır”.
Qeyd edib ki, iki gün davam edəcək seminardan idmançıların maksimum faydalanması üçün bütün imkanlardan istifadə edilib: “Seminar iştirakçıları üçün hər bir şərait yaradılıb. Onların tədbirdən maksimum yararlanması üçün bütün imkanlardan istifadə edilib. Ümumiyyətlə, bu dövr cüdoçularımız üçün əsl sınaqdır. Bir neçə gündən sonra Portuqaliyada Qran-Pri, ondan bir həftə sonra isə Parisdə “Böyük dəbilqə” turnirləri keçiriləcək. Cüdoçularımızın bu yarışlarda öz potensiallarından tam istifadə etmələri üçün federasiya tərəfindən lazımi tədbirlər görülür”.
E.Məmmədli qeyd edib ki, federasiyanın prinsiplərindən biri beynəlxalq dərəcəli hakimlərin yetişdirilməsidir. Təbii ki, idmançılar kimi, hakimlər də reytinq xalları qazanmalıdırlar. Düşünürəm ki, qısa zamanda hakimlərimiz arasında olimpiadalarda, Avropa və dünya çempionatlarında iştirak edəcək ədalət təmsilçiləri yetişəcək.


AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş