Birinci MDB Oyunlarında qız boksçularımız mübarizəyə başlayırlar
Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında boksçular arasında yarımfinal yarışlarına start verilir.
BrendSport.az xəbər verir ki, bu gün qız boksçularımız - Aysu İsmayılova (48 kq), Qızbəs İsgəndər (57 kq) və Emili Rzayeva (63 kq) mübarizəyə başlayırlar.
Qeyd edək ki, oğlanlar arasında keçirilən yarışlarda artıq təmsilçilərimiz İbrahim Zeynalov (50 kq), Tağı Nəsibov (48 kq) dörddəbir finalda qalib gələrək yarımfinala vəsiqə qazanıblar.
Qeyd edək ki, oğlanların yarışında ölkəmizi 5, qızların turnirində isə 3 boksçu təmsil edir.
Sentyabrın 2-də start götürən boks yarışları 4 gün davam edəcək.
Facebook-da paylaş