Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmə boksçularımız Avropa çempionatında iştirak edəcəklər



BrendSport.az xəbər verir ki, 9 gün davam edəcək çempionatda Azərbaycan həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.

Oğlanlardan ibarət komandamız birincilikdə 11 boksçu ilə təmsil olunacaq. Belə ki, baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Vüqar Məmmədovun rəhbərliyi altında boksçularımız Tofiq Quliyev (46 kq), Kənan Babayev (48 kq), Ənəs Ağayev (50 kq), Mahir Süleymanov (52 kq), Məhəmmədəli Qasımzadə (54 kq), Nadir Məlikov (57 kq), Fuad Babayev (60 kq), Fərhad Şeydayev (63 kq), Ziya Həsənov (66 kq), Lətif Həsənov (70 kq) və Eldar Əsədli (80 kq-dan yuxarı) yarışda qüvvələrini sınayacaqlar.

Qızların yarışında isə yığmamız baş məşqçi Elbrus Rzayevin deyil, böyük məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında gücünü yoxlayacaq. Çempionatda ölkəmizin idman şərəfini Lilya Platova (54 kq), Emili Rzayeva (63 kq) və Ayna Rüstəmova (66 kq) qoruyacaqlar.

Boksçularımız artıq Tbilisiyə yollanıblar. Yarışda 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun iştirakı gözlənilir.

Qeyd edək ki, Avropa birinciliyinin püşkü iyulun 2-də atılacaq. Final görüşləri isə ayın 11-də baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş