De Xeadan yeni müqavilə
“Mançester Yunayted”in qapıçısı David De Xea klubla yeni müqavilə imzalayacaq.
Britaniya mətbuatının yaydığı xəbərə görə, ispaniyalı qolkiper yekun qərarını açıqlamasa da, rəhbərlik onun tezliklə sözləşmənin müddətinin uzadılmasına razılıq verəcəyini gözləyir. İddiaya görə, yeni anlaşma 2021-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, De Xeanın hazırkı müqaviləsi 2020-ci ilin iyun ayına qədərdir.
Facebook-da paylaş