Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA UEFA prezidentini dəstəkləyir



AFFA UEFA prezidenti postuna növbəti seçkidə qurumun hazırkı rəhbəri Aleksandr Çeferinin namizədliyini dəstəkləyəcək.

Bu barədə assosiasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.

O bildirib ki, AFFA prezidenti Rövnəq Abdullayevin adından UEFA-ya rəsmi dəstək məktubu göndərilib: “Son iki il ərzində gördüyü işləri nəzərə alaraq, Aleksandr Çeferinə tam dəstək vermişik. Bununla bağlı AFFA prezidenti adından rəsmi qaydada dəstək məktubunu da UEFA-ya göndərmişik”.

Qeyd edək ki, Aleksandr Çeferin 14 sentyabr 2016-cı ildə UEFA-nın 7-ci prezidenti seçilib. Avqustun 21-də Sloveniya, İsveç, Norveç, Finlandiya, Danimarka, İtaliya, İslandiya və Farer adalarının milli assosiasiyaları növbəti seçki üçün 51 yaşlı sloveniyalı funksionerin namizədliyini irəli sürüblər və bununla bağlı UEFA-ya rəsmi məktub göndəriblər. Həmçinin, Rusiya və Türkiyə kimi ölkələr də yeni seçkidə A.Çeferini dəstəkləyəcəklərini açıqlayıblar. UEFA prezidenti postuna seçki 7 fevral 2019-cu ildə İtaliyanın paytaxtı Romada qurumun Konqresi zamanı keçiriləcək. Hələlik yalnız A.Çeferinin namizədliyi irəli sürülüb.


Facebook-da paylaş

Xəbəri paylaş