Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ronaldo "Real"dan ayrılmaq qərarını finaldan qabaq verib



“Real”ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının finalından bir neçə həftə öncə komanda yoldaşlarına mövsümün sonunda klubdan ayrılmaq istədiyini deyib. “Marca”nın məlumatına görə, portuqaliyalı futbolçu qərarını klubdakı vəziyyətin onu qane etməməsi ilə əlaqələndirib.

Xəbərdar olmalarına rəğmən, “Real”ın futbolçuları Ronaldonun “Liverpul”la final matçından sonra açıq şəkildə bu yöndəki fikirlərini bəyan etməsindən narazı qalıblar. Hətta kapitan Serxio Ramosun oyundan sonra 33 yaşlı oyunçuya xəbərdarlıq etdiyi yazılır. Rəhbərlik də öz növbəsində Ronaldo ətrafında yaranan vəziyyətdən razı deyil.

Daha öncə “Real”ın yeni müqavilə şərtlərinin Ronaldonu qane etmədiyi barədə xəbərlər yayılmışdı. Eyni zamanda, komandanın Neymarla maraqlanmasının da ulduz futbolçunun qərarına təsir etdiyi bildirilir.


Facebook-da paylaş

Xəbəri paylaş