Bakıdakı "Landmark 7" turnirində ilk döyüşlər başa çatıb
"Rizin" Döyüş Federasiyasının Bakıda təşkil etdiyi "Landmark 7" turnirində daha 4 görüş başa çatıb.
BrendSport.az xəbər verir ki, günün ikinci qarşılaşmasında Gürcüstan təmsilçisi Şota Betlemidze portuqaliyalı Quentin Dominqosa qalib gəlib.
Üçüncü dueldə Vladislav Rudniyev qazaxıstanlı İlyar Asxanova, dördüncü görüşdə isə Özbəkistan təmsilçisi İlxam Nazimov kamerunlu Jaures Deanı məğlub edib.
Nəhayət, qadınların mübarizəsində ukraynalı Anastasiya Svetkivska qırğızıstanlı Fəridə Abduyevaya şans verməyib.
Facebook-da paylaş