Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ” İdman Klubu MMA döyüşçüləri ilə yeni müqavilə imzalayacaq



"Qəbələ” İdman Klubu MMA döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayev ilə yeni müqavilə imzalayacaq.

BrendSport.az
xəbər verir ki , imzalanma mərasimi oktyabrın 19-da "Baku MMA Academy"də keçiriləcək.

Sözləşmənin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, MMA döyüşçüləri noyabrın 4-də “Rizin” çərçivəsində Bakıda baş tutacaq “Landmark 7” turnirində qüvvəsini sınayacaq. Milli Gimnastika Arenasında keçiriləcək yarışda V. Kərəmov yaponiyalı Çihiro Suzuki, T. Musayev “Gündoğar ölkə”nin digər təmsilçisi Toji Takeda, N. Abbasov isə rusiyalı Ali Abdulxalikovla üz-üzə gələcək.


Facebook-da paylaş

Xəbəri paylaş