Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin baş məşqçisi: "Növbəti mərhələ haqqında fikirləşmək tezdir"



"Növbəti mərhələ haqqında fikirləşmək tezdir. Çünki bizi daha bir oyun gözləyir".

BrendSport.az
xəbər verir ki, minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında Misiri 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Mütəxəssis Küveytlə oktyabrın 31-də baş tutacaq növbəti matça hazırlaşacaqlarını bildirib: "Onlar da istəkli komandadırlar. Həmin qarşılaşmaya da ciddi hazırlaşacağıq. Hər qələbəmiz xalqımızı sevindirir. Növbəti mərhələyə vəsiqəni təmin etsək də, bütün görüşlərə qələbə əzmi ilə çıxırıq".

Quliyev Misir yığmasının son Afrika çempionu olduğunu xatırladıb: "Onlara qarşı xüsusi oyun planı hazırlamışdıq. Misir yığmasının aqressiv komanda olduğunu da bilirdik. Bu səbəbdən fərqli oyun planı qurduq. Bu da düşərli oldu. Hazırladığımız plan uğurlu alındı. Bunun sayəsində oyunçularımız verilən tapşırığı tam yerinə yetirdilər. Nəticədə inamlı qələbə qazandıq".


Facebook-da paylaş

Xəbəri paylaş