Azərbaycan minifutbol millisinin dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib
Azərbaycan minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Xayma şəhərində keçiriləcək dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.
BrendSport.az xəbər verir ki, yığma G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq.
Komandamız ilk oyununu oktyabrın 27-də İraqa qarşı keçirəcək. Milli bundan iki gün sonra Misirlə, oktyabrın 31-də isə Tunislə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar.
Bununla bağlı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov tviter səhifəsində paylaşım edib. Federasiya rəhbəri son Avropa çempionuna mundialda uğurlar arzulayıb.
Qeyd edək ki, dünya çempionatına noyabrın 4-də final matçı ilə yekun vurulacaq.
Facebook-da paylaş