Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün minifutbol üzrə Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq

Bu gün minifutbol üzrə Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq



Bu gün minifutbol üzrə Azərbaycan millisi Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirində növbəti oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, A qrupunda yer alan millimiz üçüncü tur çərçivəsində Gürcüstan seçməsi ilə üz-üzə gələcək.
Bakı Tennis Akademiyasında keçiriləcək matç saat 20:30-da başlayacaq.
Bu gün, həmçinin A və B qruplarında əvvəlcə üçüncü turun matçları oynanılacaq. Eyni zamanda, hər qrupda dördüncü turun da bir görüşü təşkil ediləcək.
Millimiz ilk iki turda Çexiya ilə qolsuz heç-heçə edib, İtaliyaya isə qalib gəlib – 2:0.
Qeyd edək ki, qrup birinciləri yarımfinala, 2-3-cü yerləri tutacaq komandalar isə pley-offa vəsiqə qazanacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş