Estoniya yığmasının baş məşqçisi: “Azərbaycan millisi ilə oynamaq asan olacaq”
“Azərbaycan millisinə qarşı keçirəcəyimiz növbəti matçda oynamaq, bəlkə də, bir az asan olacaq”.
BrendSport.az xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Avstriyaya 1:2 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.
İsveçrəli mütəxəssis F qrupunun növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcəklərini xatırladıb: “Avstriya ilə oyun çox çətin idi. Amma Azərbaycanla qarşılaşma fərqli olacaq. Həmin matçda topa daha çox sahib ola və hücum futbolu göstərə biləcəyik”.
Qeyd edək ki, F qrupunun III turunda keçiriləcək Azərbaycan – Estoniya oyunu iyunun 17-də “Dalğa Arena”da baş tutacaq.
Facebook-da paylaş