Faydalı saytlar


Reklam



"Növbəti mərhələyə bizi yalnız üç xal çıxara bilər"




"Bu gün oyunçuların hər biri nəticədən məyus ola bilər, amma sabah növbəti məşqə başlamaqla bizim üçün yeni bir mərhələ başlayacaq".

BrendSport.az xəbər verir ki, bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda İtaliyaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, turnirin növbəti turunda qarşılaşacaqları Türkiyə ilə matçda qələbə qazanmağa çalışacaqlarını bildirib: "Komanda ilə danışdım və qrup mərhələsində bir oyunumuzun qaldığını söylədim. Növbəti mərhələyə bizi yalnız üç xal çıxara bilər".


Facebook-da paylaş