Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Hacı Əliyev: "Hərbçilər arasında dünya çempionatı biz idmançılar üçün gözəl fürsətdir"




"Hərbçilər arasında ölkəmizdə keçiriləcək dünya çempionatı biz idmançılar üçün gözəl fürsətdir".

BrendSport.az
xəbər verir ki , bunu jurnalistlərə açıqlamasında Azərbaycanın sərbəst güləş millisinin lideri Hacı Əliyev söyləyib.

Üçqat dünya çempionu noyabrın sonunda Bakıda təşkil olunacaq hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında uğurlu çıxış edəcəklərinə inandığını söyləyib: "Fikrimcə, həm sərbəst, həm də Yunan-Roma güləşi millimiz bu yarışda yaxşı nəticələr göstərəcəklər. Karyeram ərzində ilk dəfə hərbçilərin dünya çempionatında güləşəcəm. Qalib gəlsəm, mənim üçün gözəl bir uğur olacaq. Qalib ölkənin idmançıları kimi bu yarışda iştirak edəcəyik. Yaxşı hazırlıq keçmişik və inşallah, uğurlu nəticələrə imza atarıq".

Qeyd edək ki, hərbçilər arasında dünya çempionatı Dövlət Sərhəd Xidmətinin, həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr - 3 dekabr tarixlərində “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş