“Qarabağ”ın sabiq qapıçısı: “Bu mövsüm nəhənglərin sırasına düşmək şansları çoxdur”
“Qarabağ”ın bu mövsüm nəhənglərin sırasına düşmək şansı çoxdur”.
BrendSport.az xəbər verir ki, 2018/2019 mövsümündə ağdamlıların formasını geyinmiş islandiyalının fikrincə, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirinin II təsnifat mərhələsində Polşa “Rakuv”una səfərdə məğlub olmasına (2:3) baxmayaraq, bunun əvəzini çıxacaq: “Hələ ötən mövsüm də “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşəcəyini təxmin edirdim, amma pley-offda uduzdular. Məncə, “Rakuv”la Bakıdakı görüşdə istəklərinə çatacaqlar. “Qarabağ” öz meydanında çox güclü oynayır. Üstəlik, Bakıda azarkeş dəstəyi də fərqli olur”.
Facebook-da paylaş