Polşa millisinin sabiq futbolçusu: “Qarabağ” favoritdir”
“Qarabağ” ilk oyundakı məğlubiyyətə baxmayaraq, cütün favoritidir”.
BrendSport.az xəbər verir ki, bunu Polşa millisinin sabiq futbolçusu Kamil Kosovski “Rakuv”un UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” önündə şanslarını dəyərləndirərkən deyib.
46 yaşlı mütəxəssis Polşadakı 3:2 hesablı qələbənin həmyerlilərinə üstünlük verdiyini düşünür: “Rakuv” ilk oyunda minimal hesabla qalib gəldiyindən, nəzəri cəhətdən daha şanslıdır. Ancaq ötən mövsüm “Lex” birinci oyundakı qələbə hesabını cavab görüşündə qoruya bilməmişdi. “Qarabağ”ın çatışmazlıqları daha çoxdur. Ən zəif nöqtələri isə qapı xəttidir. Onların qapıçısı ilk matçda fəlakətli səhvlərlə “Rakuv”a üç qol hədiyyə verdi”.
Kosovski evdə buraxılan iki qolun Çenstoxova təmsilçisinə baha başa gəlməsindən ehtiyatlanır: “Rakuv” evdə özünü möhkəm komanda kimi təqdim etsə də, iki qol buraxdı. Bu da rəqibə özünəinam verdi. İqlimi, Azərbaycan çempionunun gücünü nəzərə alsaq, Qurban Qurbanovun yetirmələrinin şansı daha çoxdur. Amma “Rakuv” da birinci görüşdəki qələbə səbəbindən Bakıya nikbin yollana bilər”.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq.
Facebook-da paylaş