Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Polşalı veteran futbolçu: "Qarabağ" öz meydanında çox təhlükəli olacaq"



"Rəqib öz meydanında çox təhlükəli olacaq".

BrendSport.az
xəbər verir ki, bunu Polşa millisinin sabiq futbolçusu Radoslav Kalujnı Bakıda "Qarabağ" və "Rakuv" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

Veteran yarımmüdafiəçi Çenstoxovadakı ilk matçda 3:2 hesablı qələbəyə baxmayaraq, buraxılan 2 qol görə narahat olduğunu bildirib: "Qarabağ" ilk matçda da çox yaxşı oynadı. Heyətində xeyli dəyişiklik olsa da, komandanın çıxışını bəyəndim. Eyni zamanda, "Rakuv" özünü yaxşı tərəfdən göstərdi, rəqibdən qorxmadı. Meydanda bərabər səviyyədə oyun getdi. Sadəcə, buraxdığımız iki qoldan narahatam. Lazımsız və axmaq qollar idi. İlk qolu vurduqdan sonra fərqi artırmalıydıq. Amma bacarmadıq".

Kalujnının sözlərinə görə, Azərbaycan çempionu öz meydanında istənilən rəqibi məğlub edə bilər: "Gizlətmək üçün heç bir səbəb yoxdur. Rəqib evdə çox güclüdür. Amma futbolda möcüzə də baş verə bilər. "Qarabağ" kimi komandanı keçmək Polşa futbolu üçün yaxşı olardı".

Qeyd edək ki, "Qarabağ" və "Rakuv" arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş