Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Marek Papşun: “Rakuv”un “Qarabağ”ı keçmək şansı yüksəkdir”



“Rakuv”un “Qarabağ”ı keçmək şansı yüksəkdir”.

BrendSport.az
xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun sabiq baş məşqçisi Marek Papşun komandanın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” önündə şansını dəyərləndirərkən deyib.

49 yaşlı polşalı mütəxəssis Çenstoxovada baş tutan ilk görüşdə qazanılan 3:2 hesablı qələbəni ciddi üstünlük hesab edir: “Komandanın futbolçu heyətinin keyfiyyəti xeyli artıb. Hər üç "cəbhə"də uğurla yarışmaq olar. Şəxsən mən “Rakuv”un “Qarabağ” səddini keçəcəyinə inanıram. Fikrimcə, sabiq komandam bu mövsüm avrokubokların qrupunda iştirak edə biləcək”.

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” görüşü saat 20:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş