"Mançester Siti" yoxlama oyununda "Bavariya"nı məğlub edib
Mançester Siti yoxlama oyununda Bavariyanı məğlub edib
Almaniyanın "Bavariya" və İngiltərənin "Mançester Siti" klubları yoxlama oyununda üz-üzə gəliblər.
BrendSport.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda keçirilən qarşılaşma "şəhərlilər"in qələbəsi ilə başa çatıb - 2:1.
İngiltərə çempionunun heyətində Ceyms Makati 21-ci dəqiqədə hesabı açıb. Münhen klubunda Matis Tel 81-ci dəqiqədə bərabərlik qolunu vurub.
86-cı dəqiqədə isə Aymerik Laport görüşdə son nöqtəni qoyub.
Facebook-da paylaş