Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mançesterliləri biabır etdilər



İngiltərə Premyer Liqasında XXVI tura yekun vurulub.

BrendSport.az
xəbər verir ki, turun son oyununda "Liverpul" "Mançester Yunayted"i qəbul edib. Mersisayd təmsilçisi "Enfild" stadionunda keçirilən qarşılaşmada 7 cavabsız qolla qələbə qazanıb.

Hesabı 43-cü dəqiqədə Kodi Qakpo açıb. 4 dəqiqə sonra Darvin Nunyes qonaqları yenidən meydanın mərkəzinə dəvət edib. 50-ci dəqiqədə Qakpo dubl müəllifi olub. 66-cı dəqiqədə Məhəmməd Salah 4-cü topu "qırmızı şeytanlar"ın qapısından keçirib. 75-ci dəqiqədə Nunyes özünün 2-ci, komandasının 5-ci qolunu vurub. 83-cü dəqiqədə Salah dubl edib. Son nöqtəni isə 88-ci dəqiqədə Roberto Firmino qoyub - 7:0.

Bu qələbə ilə xallarını 42-yə çatdıran "Liverpul" 5-ci pilləyə yüksəlib. 49 xalı olan "Mançester Yunayted" isə 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 63 xalla "Arsenal" başçılıq edir.


Facebook-da paylaş

Xəbəri paylaş