Əsas Səhifə > Digər > "Mançester Siti" yoxlama oyununda "Bavariya"nı məğlub edib

"Mançester Siti" yoxlama oyununda "Bavariya"nı məğlub edib


26-07-2023, 16:30


Mançester Siti yoxlama oyununda Bavariyanı məğlub edib
Almaniyanın "Bavariya" və İngiltərənin "Mançester Siti" klubları yoxlama oyununda üz-üzə gəliblər.

BrendSport.az
xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda keçirilən qarşılaşma "şəhərlilər"in qələbəsi ilə başa çatıb - 2:1.

İngiltərə çempionunun heyətində Ceyms Makati 21-ci dəqiqədə hesabı açıb. Münhen klubunda Matis Tel 81-ci dəqiqədə bərabərlik qolunu vurub.

86-cı dəqiqədə isə Aymerik Laport görüşdə son nöqtəni qoyub.
Geri qayıt