Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın sabiq futbolçusu Rusiya çempionatında beyin silkələnməsi və çoxsaylı kəllə sınığı alıb


“Krasnodar” klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Kadi Borxes Rusiya Premyer Liqasının 24-cü turunun matçında “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə havada toqquşmasından sonra beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qalıb.

BrendSport.az
xəbər verir ki, ikinci hissənin əvvəlində o, hava mübarizəsində “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşub.

Kadi başını rəqibin çiyninə vuraraq yerə yıxılıb.

Bir neçə saniyə huşunu itirən futbolçunun dilini udmaması üçün ona ilkin tibbi yardımı Cikiya özü göstərib.

Bundan sonra Borxes özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu meydandan elektromobillə aparıblar.

27 yaşlı braziliyalıya göz yuvasının xarici aşağı divarının qapalı sınığı ilə yerdəyişməsi, sağ üst çənə sinusunun arxa divarının qapalı sınığı, sağ ziqomatik qövsün sınığı, eləcə də sağtərəfli üst çənənin sınığı diaqnozu qoyulub.

Görüş 4:3 hesabı ilə “Spartak”ın xeyrinə başa çatıb.

Xatırladaq ki, Kadi bu mövsüm Rusiya Premyer Liqasında 7 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu 2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib.


Facebook-da paylaş

Xəbəri paylaş