Şahruddindən üzücü xəbər - Yenilənib
"Qarabağ"ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev yenidən zədələnib.
BrendSport.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 25-ci turunda hazırda davam edən "Zirə" ilə görüşdə qolundan zədə alıb. Meydanı göz yaşları içində tərk edən 26 yaşlı qolkiper 23-cü dəqiqədə Emil Balayevlə məcburi əvəzlənib.
Qeyd edək ki, Ş.Məhəmmədəliyev bundan əvvəl ölkə çempionatının 23-cü turunda "Səbail"lə matçda ağır zədələnmişdi.
***
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, Şahruddinin sağ qolu sınıb. O, millimizin qapıçısı üçün mövsümün erkən başa çatdığını deyib: "Şahruddin meydandan çıxan kimi xəstəxanaya aparıldı. İlkin müayinədən sonra sağ dirsək sümüyünün yuxarı 1/3-nin yerdəyişmiş sınığı diaqnozu qoyuldu. Onun mövsümü erkən başa vurması dəqiqdir".
Facebook-da paylaş