“Roma”nın kapitanı Daniele De Rossi mövsümü erkən başa vurub
İtaliyanın “Roma” futbol klubunun kapitanı Daniele De Rossi mövsümü erkən başa vurub.
BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, 35 yaşlı italiyalı yarımmüdafiəçinin A Seriyasının XXXII turunda “Udineze” ilə görüşün 69-cu dəqiqəsində dizindən zədələnib. Tibbi müayinə zamanı məlum olub ki, De Rossi 4-5 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə paytaxt təmsilçisinin kapitanı üçün mövsümün bitməsi deməkdir.
Qeyd edək ki, karyerası ərzində yalnız “Roma” klubunda çıxış edən təcrübəli futbolçu cari mövsümdə 21 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Facebook-da paylaş