Ağır zədə alan Şahruddinin son durumu - 25 tikiş qoyulub
''Qarabağ" bu gün "Səbail"lə matçda üzündən ağır zədə alan futbolçusu Şahruddin Məhəmmədəliyevin durumunu açıqlayıb.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə BrendSport.az -a açıqlamasında millimizin qapıçısına bu gün 25-ə yaxın tikiş qoyulduğunu deyib:
"Ən qorxduğumuz məqam beyin silkələnməsi idi ki, o da yoxdur. O, yalnız üz, burun və baş nahiyəsindən xəsarət alıb. Rəqibin oyunçusunun butsla üzə zərbəsi nəticəsində ona 25-ə yaxın tikiş qoyulub. Tikiş yerlərinin bərpası hardasa 12-14 gün çəkir. Yəni Şahruddin ən azı 2-3 həftə sonra meydana qayıda bilər".
Xatırladaq ki, "Səbail"in futbolçusu Amil Yunanov top uğrunda mübarizə zamanı Ş.Məhəmmədəliyevin başına zərbə ilə vurub. Oyuna davam edə bilməyən qapıçı Emil Balayevlə məcburi əvəzlənib.
Facebook-da paylaş