Əsas Səhifə > Ölkə idmanı > Ağır zədə alan Şahruddinin son durumu - 25 tikiş qoyulub
Ağır zədə alan Şahruddinin son durumu - 25 tikiş qoyulub17-04-2021, 14:24 |
''Qarabağ" bu gün "Səbail"lə matçda üzündən ağır zədə alan futbolçusu Şahruddin Məhəmmədəliyevin durumunu açıqlayıb. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə BrendSport.az -a açıqlamasında millimizin qapıçısına bu gün 25-ə yaxın tikiş qoyulduğunu deyib: "Ən qorxduğumuz məqam beyin silkələnməsi idi ki, o da yoxdur. O, yalnız üz, burun və baş nahiyəsindən xəsarət alıb. Rəqibin oyunçusunun butsla üzə zərbəsi nəticəsində ona 25-ə yaxın tikiş qoyulub. Tikiş yerlərinin bərpası hardasa 12-14 gün çəkir. Yəni Şahruddin ən azı 2-3 həftə sonra meydana qayıda bilər". Xatırladaq ki, "Səbail"in futbolçusu Amil Yunanov top uğrunda mübarizə zamanı Ş.Məhəmmədəliyevin başına zərbə ilə vurub. Oyuna davam edə bilməyən qapıçı Emil Balayevlə məcburi əvəzlənib. Geri qayıt |