Əsas Səhifə > Ölkə idmanı > Şahruddindən üzücü xəbər - Yenilənib
Şahruddindən üzücü xəbər - Yenilənib4-05-2021, 20:45 |
"Qarabağ"ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev yenidən zədələnib. BrendSport.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 25-ci turunda hazırda davam edən "Zirə" ilə görüşdə qolundan zədə alıb. Meydanı göz yaşları içində tərk edən 26 yaşlı qolkiper 23-cü dəqiqədə Emil Balayevlə məcburi əvəzlənib. Qeyd edək ki, Ş.Məhəmmədəliyev bundan əvvəl ölkə çempionatının 23-cü turunda "Səbail"lə matçda ağır zədələnmişdi. *** Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, Şahruddinin sağ qolu sınıb. O, millimizin qapıçısı üçün mövsümün erkən başa çatdığını deyib: "Şahruddin meydandan çıxan kimi xəstəxanaya aparıldı. İlkin müayinədən sonra sağ dirsək sümüyünün yuxarı 1/3-nin yerdəyişmiş sınığı diaqnozu qoyuldu. Onun mövsümü erkən başa vurması dəqiqdir". Geri qayıt |