Azərbaycan Atletika Federasiyasının baş katibi beynəlxalq tədbirdə iştirak edir
Estoniyanın paytaxtı Tallində Avropa Atletika Federasiyaları Assosiasiyasının konvensiyası keçirilir.
BrendSport.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə təmsil edir.
Tədbirə Beynəlxalq Atletika Federasiyası, Avropa Atletika Federasiyaları Assosiasiyasının prezidentləri, vitse-prezidentləri, komitə üzvləri, üzv federasiyaların rəhbər işçiləri və digərləri qatılıblar.
Konvensiyaya oktyabrın 26-da yekun vurulacaq.
Facebook-da paylaş