Azərbaycanlı iş adamı Türkiyədə klub satın aldı
Azərbaycanlı iş adamı Rauf İsmayılov Türkiyədə klub sahibi olub.
Türkiyənin 2-ci liqasında “Qırmızı qrup”da mübarizə aparan “Darıca Gənclərbirliyi” klubu bütün haqları ilə birlikdə Rauf İsmayılova satılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb:
“Darıca Gənclərbirliyi” bütün haqları ilə birlikdə azərbaycanlı iş adamı Rauf İsmayılova satıldı. Məsələylə bağlı gələn həftə geniş mətbuat konfransı keçiriləcək”. (Komanda.az)
Facebook-da paylaş