Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Summer Chess Classic 2018” turnirində Vasif Durarbəylinin növbəti rəqibi məlum olub



Amerikanın Sent-Luis şəhərində keçirilən beynəlxalq “Summer Chess Classic 2018” turnirində Azərbaycan şahmatçısı Vasif Durarbəyli liderliyi davam etdirir.

“A” turnirində altı turdan sonra beş xal toplamış qrossmeyster Vasif Durarbəyli yeganə liderdir. Varujan Akobyan (ABŞ) liderdən yarım xal, Samuel Sevyan (ABŞ) bir xal geri qalır.

“B” turnirində isə aktivində 4,5 xal olan polyak Kamil Draqun liderdir. Üç şahmatçının hərəsi ondan bir xal az toplayıb.

Altıncı turda qara fiqurlarla oynayan Durarbəyli Hollandiya nümayəndəsi Bencamin Bok ilə sülh bağlayıb. Yeddinci turda onun rəqibi macar Peter Proxaska olacaq.

Dairəvi qayda üzrə keçirilən iki turnirin hərəsində on qrossmeyster çıxış edir.


Facebook-da paylaş

Xəbəri paylaş