"Karvan" yeni transferini açıqlayıb

"Karvan" klubu yeni transferini açıqlayıb.
BrendSport.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Qavi Tompsonla 1 illik müqavilə imzalanıb.
25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyinib. Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub.
Qeyd edək ki, nigeriyalı yarımmüdafiəçi karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 məhsuldar ötürmə müəllifi olub.
Facebook-da paylaş
