Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qəbələ" yeni transferini açıqlayıb



2025/2026 mövsümünə hazırlıqları davam etdirən "Qəbələ" yeni transferini açıqlayıb.

BrendSport.az
xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua ilə 1 illik müqavilə imzalanıb.

28 yaşlı futbolçunun son klubu “Kan” (Fransa) olub. Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.

Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu, İsaak Amoah və Paulo Quimbilanı heyətinə qatıb.


Facebook-da paylaş

Xəbəri paylaş