Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kiberidman üzrə komandamız “Euro Cup-2021”də plef-off mərhələsinə vəsiqə qazanıb

Kiberidman üzrə komandamız “Euro Cup-2021”də plef-off mərhələsinə vəsiqə qazanıb


Beynəlxalq Pro Clubun təşkilatçılığı ilə keçirilən kiberidman üzrə “Euro Cup 2021” (Avropa Kuboku 2021) turnirində qrup mərhələsinə yekun vurulub.
BrendSport.az xəbər verir ki, Azərbaycan komandasının da iştirak etdiyi yarışda pley-offa vəsiqə qazanan ölkələrin adları məlumdur.
Ölkəmizi təmsil edən FİFA oyunçularımız son turlarda Gürcüstan komandası ilə keçirdiyi hər iki oyunu heç-heçə ilə başa çatdırıb. Yekun nəticədə aktivində bir qələbə, 3 heç-heçə, 2 məğlubiyyət olan təmsilçimiz 6 xalla adını ən yaxşı 16 komanda sırasına yazdırmağı bacarıb.
“Euro Cup-2021”də səkkizdəbir final mərhələsinin püşkatma mərasimi iyulun 15-i baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş