Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın güləş yığmaları dünya çempionatının hazırlığına start veriblər





Güləş üzrə Azərbaycan milli komandaları dünya çempionatına hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışlarına start verib.

BrendSport.az xəbər verir ki , yığmalardan ikisi Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir. Yunan-Roma güləşi üzrə kollektiv mayın 9-dan fiziki hazırlıq üzrə təlim-məşq toplanışına başlayıb. Fiziki güc və dözümlülüyün artırılması yönündə keçirilən məşqlər mayın 23-dək davam edəcək.

Qadın güləşçilər baş məşqçi Semyon Çterevin rəhbərliyi altında mayın 15-də paytaxtda təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi mayın 30-da yekunlaşacaq. Sərbəst güləşçilər isə mayın 14-də Rusiyaya yollanıb. Vladiqafqazda baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı ayın 28-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan yığmalarını qarşıda Qırğızıstan (1-4 iyun) və Macarıstanda (13-16 iyul) keçiriləcək reytinq turnirləri gözləyir. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatı isə sentyabrın 16-dan 24-dək Serbiyada təşkil ediləcək.


Facebook-da paylaş

Xəbəri paylaş