Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Gənclər və idman naziri Fərid Qayıbov ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb



BrendSport.az xəbər verir ki, oktyabrın 13-də gənclər və idman naziri Fərid Qayıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer və Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Riçard Pinkhamla görüşüb. Gənclər və İdman Nazirliyində keçirilən görüşdə Fərid Qayıbov qonağa ölkəmizdəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.
Görüş zamanı hər iki sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələrimiz arasında əlaqələrin əhəmiyyəti vurğulanıb.


Facebook-da paylaş