Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ronaldo, Kurtua, Firmino...



"France Football” nəşri ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına ikinci 5 namizədin adını açıqlayıb.

Bunlar Kriştiano Ronaldo (Portuqaliya, "Real"/"Yuventus"), Kevin de Brüyne (Belçika, "Mançester Siti"), Roberto Firmino (Braziliya, "Liverpul"), Dieqo Qodin (Uruqvay, "Atletiko") və Tibo Kurtuadır (Belçika, "Çelsi"/"Real).


Qeyd edək ki, bundan əvvəl Serxio Aqüero (Argentina, "Mançester Siti"), Qaret Beyl (Uels, "Real"), Kərim Benzema (Fransa, "Real"), Alisson Bekker (Braziliya, "Liverpul") və Edinson Kavaninin (Uruqvay, PSJ) adı açıqlanıb .

Dünyanın ən yaxşı futbolçusu mükafatı uğrunda 30 oyunçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş