Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək


VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



Çempionlar Liqası: “Araz-Naxçıvan” bu gün qrupda son oyununu keçirəcək



“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirəcək.

BrendSport.az
xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu Latviyada yerli “Riqa” ilə qarşılaşacaq.

Hər iki komanda qrupun ilk iki matçında qələbə qazandığından, bu, həlledici görüş olacaq. Qrup birincilərinin Əsas mərhələyə vəsiqə qazandığını nəzərə alsaq, “Araz-Naxçıvan” mütləq qələbə qazanmalıdır. Çünki “Riqa”nın top fərqi daha yaxşıdır.

İlk iki qarşılaşmanı cəza səbəbindən buraxan Felipinyo bu matçda baş məşqçi Vitali Borisovun sərəncamında olacaq.

UEFA Çempionlar Liqası
İlkin seçmə mərhələ
A qrupu, III tur
26 avqust
18:00. “Riqa” (Latviya) - “Araz-Naxçıvan” (Azərbaycan)
Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Martina Pitsolo (İtaliya), Georgios Kozakos (Kipr)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils İdman Arenası


Facebook-da paylaş

Xəbəri paylaş