Çempionlar Liqası: “Araz-Naxçıvan” bu gün Almaniya çempionu ilə qarşılaşacaq
“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
BrendSport.az xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupunda ikinci matçını keçirəcək.
Təmsilçimiz Latviyada təşkil olunacaq görüşdə Almaniya çempionu “Yan Reqensburq”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qrupun digər matçında Türkiyə klubu “İstanbul Şişli” ilə Latviya “Riqa”sı (20:00) üz-üzə gələcəklər.
UEFA Çempionlar Liqası
İlkin seçmə mərhələ
A qrupu, II tur
24 avqust
15:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Yan Reqensburq” (Almaniya)
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya)
Timekeeper: Kiazo Leladze (Latviya)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils. Salaspils İdman Arenası.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupdakı ilk matçında “İstanbul Şişli” üzərində 9:1 hesablı qələbə qazanıb. Azərbaycan çempionu son görüşündə avqustun 26-da yerli “Riqa” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Facebook-da paylaş