UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan” klubu Rumıniya çempionu ilə qarşılaşacaq
“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ikinci oyununa çıxacaq.
BrendSport.az xəbər verir ki, təmsilçimiz Rumıniya çempionu "Yunayted Qalati" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Matçın baş hakimi sloveniyalı Dejan Veseliç olacaq. Ona Ozan Soykan (Türkiyə) və Josip Barton (Şimali Makedoniya) kömək edəcəklər.
Görüşün hakim-inspektoru Patrik Villemark (Belçika), UEFA nümayəndəsi isə Stefan Kammerer (Almaniya) olacaq.
Qeyd edək ki, Azərbaycan çempionu ilk oyununda Ukraynanın "Uraqan" klubuna 1:2 hesabı ilə məğlub olub.
Facebook-da paylaş