"Araz-Naxçıvan"ın oyunu avrokubok matçına görə təxirə salınıb
Futzal üzrə Yüksək Liqanın V turu çərçivəsində keçirilməli olan EKOL - “Araz-Naxçıvan” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.
BrendSport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, buna səbəb “Araz-Naxçıvan”ın turun keçiriləcəyi tarixdə UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa çıxmasıdır.
Joze Alesionun baş məşqçisi olduğu komanda bu raundda VI qrupunda yer alacaq. “Araz-Naxçıvan” "Uraqan" (Ukrayna), "Liqeni" (Kosovo) və "Qalati" (Rumıniya) ilə qarşılaşacaq. Bu qrupun matçları Ukraynada baş tutacaq.
Əsas mərhələ oktyabrın 26-31-də keçiriləcək.
Facebook-da paylaş