Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Su İdman Sarayında padel tennis kortunun açılışı olub

Su İdman Sarayında padel tennis kortunun açılışı olub

Su İdman Sarayının nəzdində padel tennis kortunun açılışı olub.
BrendSport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və qurumun digər əməkdaşları iştirak ediblər.
Açılış mərasimindən sonra F.Qayıbov və nazirliyin əməkdaşlarından ibarət iki rəmzi komanda formalaşıb və onlar öz aralarında formal oyun keçiriblər.
Qeyd edək ki, padel tennis yeni yaranmış idman növüdür və özündə bir neçə növü birləşdirir. Bunlar tennis, stolüstü tennis və badmintondur. Hesab qaydası adi tennislə eynidir və istifadə olunan toplar oxşardır. Əsas fərq odur ki, burada istifadə olunan kortun divarları var və top həmin yerlərə dəyib meydançaya qayıda bilər.


Facebook-da paylaş

Xəbəri paylaş