Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyənat qəbul etdi ​




Əsasən Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunan iclasda İdarə Heyətinin üzvləri ilə yanaşı, qonaq qismində Türk Şurası Baş katibinin müavini Qismət​ Gözəlov və Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də iştirak ediblər.

Nazir müavini çıxışında Azərbaycanın dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktını həyata keçirməyi planlaşdırdığını ​ və müharibəyə hazırlaşdığını xəbərdar etdiyini bildirdi. İntiqam Babayev, ​ BMT-nin 75 illiyinə həsr edilmiş Sessiyada cənab Prezident İlham Əliyevin Ermənistanı öz bəyanatları və hərbi təxribatları ilə sülh danışıqlarını pozmasını bildirən çıxışını da diqqətə çatdırdı.​ Bununla da, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin,​ Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı yerinə yetirməkdə oldğunu, hazırda 71 kənd, 2 şəhər, 1 qəsəbə və bir cox strateji yüksəkliklərin işğaldan azad edildiyini bildirdi. ​ Döyüş meydanında ardıcıl uğursuzluğa məruz qalmış düşmən balistik raketlərdən istifadə edərək dinc əhaliyə qarşı terror aktları törətməklə hərbi cinayətlər törədir.

Nazir müavini cıxışının sonunda soy kökü, ortaq mədəniyyəti və tarixi olan Türk Şurasının üzv dövlətlərin gənclərini Azərbaycanın haqq səsinin daha cox beynəlxalq quruma çatdırılmasında və sosial mediada bizim yanımızda olmağa çağırdı.​

İclsada cıxış edənlər Azərbaycanın haqq səsini dəstəklədiklərini, bunun üçün fəaliyyətlərin koordinasiya edilməsi ilə bağlı xüsusi qrupun yaradılması təşəbbüsünü irəli sürdülər.

İclasda həmçinin, Türk Şurası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrası, Gənclər Mübadiləsi Proqramının həyata keçirilməsi ilə bağlı görülmüş işlər, COVİD-19 pandemiyasının yaratdığı çətniliklərlə əlaqdər bəzi fəaliyyətlərin məsafədən icrası kimi məsələlər də müzakirə olundu.​ ​

Sonda Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyənat qəbul etdi.​


Facebook-da paylaş

Xəbəri paylaş