Prezident İlham Əliyev gənclərlə iş və idman sahəsində çalışan şəxslərin bir qrupunu təltif edib
İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi barədə Sərəncam imzalayıb.
BrendSport.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxs orden və medallara layiq görülüb.
Sərəncama əsasən, Gənclər və İdman naziri Azad Rəhimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Bundan başqa, nazir müavinləri İsmayıl İsmayılov və İntiqam Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə”, nazir müavini Fərhad Hacıyev və nazirliyin aparat rəhbəri Rüfət Həsənov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif ediliblər.
Həmçinin 4 nəfər “Tərəqqi”, 23 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülüb.
BrendSport.az saytı kollektivi adından cənab nazir Azad Rəhimov , nazir müavinləri İsmayıl İsmayılov, İntiqam Babayev , Fərhad Hacıyev , Nazirliyin aparat rəhbəri Rüfət Həsənov və təltif olunan digər şəxsləri təbrik edirik, gənclərlə iş və idman sahəsində fəaliyyətlərində olanlara yeni-yeni uğurlar arzulayırıq.
Facebook-da paylaş