Bu gün futzal üzrə Azərbaycan millisi Polşa yığmasının qonağı olacaq
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, milli komandamız Polşa yığmasının qonağı olacaq.
Hesabında 9 xal olan Azərbaycan yığması elit-raunda vəsiqəni ötən tur təmin edib. Qarşılaşma qrup liderliyi baxımından əhəmiyyətli olacaq.
Bakı vaxtı ilə saat 23:00-da Koşalin idman zalında start götürəcək oyunu estoniyalı baş hakim Yaqnar Yakobson idarə edəcək.
Facebook-da paylaş