Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində sonuncu oyununu keçirəcək
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Polşanın qonağı olacaq.
Hazırda 9 xalı olan Azərbaycan yığması elit-raunda vəsiqəni ötən tur təmin edib. Qarşılaşma qrup liderliyi baxımından əhəmiyyətli olacaq.
DÇ-2024-ün əsas mərhələsi
6-cı qrup
7 mart
23:00. Polşa – Azərbaycan
Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya)
Koszalin idman zalı
Facebook-da paylaş