Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya kuboku: Kişi batutçular arasında fərdi proqram üzrə finalçılar bəlli olub

Dünya kuboku: Kişi batutçular arasında fərdi proqram üzrə finalçılar bəlli olub

Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışlarında kişilər arasında fərdi proqram üzrə finalçılar bəlli olub.

BrendSport.az
xəbər verir ki, yarımfinal mərhələsində uğurla çıxış edən portuqaliyalı Dioqo Abreu, fransalı Allan Morante, Korey Ualks (Böyük Britaniya), portuqaliyalı Lukas Santos, Qazaxıstan təmsilçisi Daniel Mussabayev, Endryu Stamp (Böyük Britaniya), ABŞ idmançısı Eliah Vogel və Xorxe Martin (İspaniya) medallar uğrunda mübarizə aparacaqlar.

Turnirdə Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnastın fərdi və sinxron proqramda mübarizə aparır.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir təşkil olunur.


Facebook-da paylaş

Xəbəri paylaş