Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Marko Yankoviç: “Gent” ilə oyun bizim üçün çətin olacaq

Marko Yankoviç: “Gent” ilə oyun bizim üçün çətin olacaq

Sabah bizim üçün çətin olacaq. Avrokuboklarda zəif rəqib olmur. Matça hazır olmağa çalışırıq.

BrendSport.az
xəbər verir ki, bunu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Belçikanın “Gent” klubunu qəbul edəcək Ağdamın “Qarabağ” komandasının futbolçusu Marko Yankoviç mətbuat konfransında deyib.

Futbolçu bildirib ki, fərqli oyun və atmosfer olacaq: “Bizdə yüksək motivasiya var. Azarkeşlər önündə qələbə üçün əlimizdən gələni edəcəyik. Ən yaxşı nəticəni əldə etməyə çalışacağıq”.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş